
Bu ilin ilk 4 ayında doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, cari ilin yanvar-aprel aylarında yeni doğulan 99 körpəyə Polad adı verilib. Uşaqlara Polad adının verilməsi 2020-ci ildə və cari ilin dörd ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Yəni, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.
Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.
Bununla yanaşı, bu ilin dörd ayında 18 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində isə cəmi 3 nəfərə qoyulub. 2018-ci ildə cəmi bir uşağa Xudayar adı verilmişdisə, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmayıb.
Oxunub: 275
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az