“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi olub.




Emin Eldar oğlu Əmrullayev — Azərbaycan Respublikasının hazırkı təhsil naziri.

- Bu gün iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri cənab Rəşad Nəbiyevin iştirakı ilə “Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsində iştirak etdim. Elmi tədqiqatlar göstərir ki, bacarıqlara əsaslanan keyfiyyətli təhsil məhsuldarlığı və yaradıcılığı artırır, sahibkarlığı, innovasiyaları, texnoloji inkişafı və davamlı iqtisadi artımı təşviq edir. Təhsil nəticələri uzun müddətdə iqtisadi artım tempini müəyyən edən əsas elementdir. Məhz bu nöqteyi nəzərdən Təhsil Nazirliyi məktəbliləri kiçik yaşlardan etibarən yeni reallıqlara hazırlayır. 
Rəqəmsal inqilabın tələblərinə cavab vermək üçün Azərbaycanda təhsil sahəsində mühüm işlər görülür. Hazırda ölkəmizdə 222 məktəbi əhatə edən rəqəmsal bacarıqlar layihəsi icra olunur. Layihəyə 120 mindən çox şagird cəlb olunub. Önümüzdəki illərdə bu sayın 200 minə çatdırılması nəzərdə tutulub. Digər tərəfdən, infrastrukturun da tələblərə uyğun olması üçün məktəblərin fiber optik bağlantı imkanlarını genişləndiririk. Fiber optik qoşulma 2025-ci ilə qədər ölkə üzrə şagirdlərin 75%-ni əhatə edəcək. Təhsil pillələri arasında uyğunluğu təmin etmək məqsədilə SABAH magistraturasında müasir əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslara dair proqramların tədrisinə də yer ayırmışıq. Cəmiyyətin və gələcəyin dayanıqlı, rəqabətqabiliyyətli və innovativ meyarlar əsasında hazırlanması ölkəmizin yeni dövrə qədəm qoyduğunu göstərən mühüm məqamlardan biridir.


Oxunub: 256
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az