Bu gün Xalq artisti Zabit Nəbizadənin doğum günüdür




Bu gün Xalq artisti Zabit Nəbizadənin doğum günüdür 
Bu gün Xalqımızın dəyərli sənətkarı,Xalq artisti Zabit Nəbizadənin doğum günüdür. 
Zabit Nəbizadə 1965-ci il mayın 1-də Şamaxı rayonunun Şıxzahirli kəndində (indiki Qobustan rayonunun) anadan olub. 
Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil almışdır.
2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır.
Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür.
Biz də mədəniyyət ictimaiyyəti olaraq Azərbaycan mədəniyyətinin tanınmış simasını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, şəxsi həyatında və fəaliyyətində uğurlar arzu edirik!

Oxunub: 409
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az