Canlarından keçdilər ki, vətənimiz bütöv, azad olsun!





1. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.  Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. 
-Bəs sən mənliyin varmı ?
Özün kimi səviyyəsiz zarafatla kimin ünvanına daş atırsan?

2. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. 
-Bəs səndən nə qalacaq?  
Kim səni yad edəcək? 
Yaşlaşanda dəyərin olacaqmı?
 
3. Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. 
- Bəs səndə bu hissi varmı? 

4.  Hər kəs baş əyir məzarının önündə, "səninlə fəxr edirik, Azərbaycan əsgəri, şərəflə qorudun Vətəni" deyir.
-Sənin məzarında nə deyəcəklər?

Alxas Məmmədov.

Oxunub: 264
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az