Vüqar Vüqarlı.



Vüqar Vüqarlı.
- Bu arada bir çox yerli KİV-in nədənsə əhəmiyyət vermədiyi xəbəri diqqətinizə çatdırıram. Cünki ən azından belə bir məknda belə bir tələbin səslənilməsi böyül cəsarət tələb edir.
Azərbaycanın Rus İcması dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edir
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin təşkilatçılığı ilə "Xocalı faciəsi: ürəklərdə sağalmayan yara" mövzusunda videokonfrans keçirilib.
Tədbirdə Moskvadakı Dövlət İdarəetmə Universitetinin professoru Sergey Qarnik, Azərbaycanın Rus İcması (ARİ) sədrinin müavini Anastasiya Lavrina, Xocalı sakini Anar Abdulov, Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov, Azərbaycan–Rus Gənclər Birliyinin idarə heyətinin üzvü Regina Kovaleva və başqaları iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Xocalı sakini Anar Abdulov həmin dəhşətli gecə şahidi olduğu qanlı hadisələrdən danışıb. 
Tədbirdə çıxış edən S.Qarnik, A.Lavrina, E.Manafov və R.Kovaleva bildiriblər ki, Xocalı soyqırımı azərbaycanlıları qorxutmaq, mülki əhalinin evlərini tərk etmələri üçün qəsdən törədilmiş cinayət aktı olub. Onlar hər il 26 fevral tarixinin yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində azərbaycanlılarla yanaşı qeyri-insani münasibəti qəbul etməyən xeyirxah insanlar tərəfindən də yad edildiyini, Azərbaycandakı rus gənclərinin öz həmvətənləri ilə birlikdə anım mərasiminə qatıldıqlarını, azərbaycanlılara yaşadılan vəhşətin izlərinin yaddaşlardan heç zaman silinməyəcəyini vurğulayıblar.
Lavrinadan qısa bir sitat: "Əlimizdəki rəqəmlər də dəhşətlidir. Cinayətkarlar cəzalandırılana qədər hamımız özümüzü xocalılı hesab etməliyik və dünya ictimaiyyəti tərəfindən Xocalıda törədilən soyqırımın tanınmasına nail olmalıyıq", - sitatın sonu.

 

Oxunub: 675
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az