Niyaməddin Paşayev 1980-ci il may ayının 1-də Qubadlıda anadan olub.




Təbrik edirik.

Niyaməddin Paşayev 1980-ci il may ayının 1-də Qubadlıda anadan olub. 2000-ci ildə Avropa çempionatının bürünc medalına layiq görülüb. 2001-ci ildə Koreyanın Cecu şəhərində keçirilən dünya çempionatının qızıl mükafatçısıdır. 2003-cü il Dünya kuboku yarışlarının və hərbçilərin dünya birinciliyinin gümüş medallarını qazanıb. 2004-cü ilin may ayında Norveçin Lilihammer şəhərində keçirilən Avropa çempionatının qalibidir. 2004-cü ildə Bakıda keçirilən Olimpiya lisenziyalı beynəlxalq turnirdə Afina olimpiadasına lisenziya qazanıb.
Taekvondo üzrə əməkdar idman ustasıdır. Sumqayıt gömrükxanasının əməkdaşıdır. 

  • 2000 — Yunanıstan, Avropa çempionatı, III yer.
  • 2001 — Koreya, Dünya çempionu.
  • 2002 — Yaponiya, Dünya kuboku, III yer.
  • 2003 — Almaniya, Dünya çempionatı, III yer.
  • 2004 — Azərbaycan, Olimpiya lisenziyalı beynəlxalq turnir, I yer.
  • 2004 — Norveç, Avropa çempionu və 2005 — Riqa Avropa çempionu.

Oxunub: 387
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az