Diş tökülər, üz qırışar- İsrail Baxşeş.




Diş tökülər, üz qırışar
Dünya başa dar olanda.
Dost qardaşda tez yıgışar,
Bir az əldə var olanda
 Arsızdan bic dogularki,
Axmaqdan gic dogularki
Dünya, bir gün dagılarki,
Abırsızda ar olanda.
gen gəz, Namərd hiyləsindən, 
Qorxma gəda şilləsindən
Qartal, enər zirvəsindən,
Ala qarga sar olanda.
Namərd gözü bir gün yaşar.
Olar Eldən, sürgün yaşar
Kişi, kişi ömrün yaşar
Bir ismətli yar olanda.
Şeş atıram, qoşa gəlir.
Baxşeş, sözün xoşa gəlir
Təbim o vaxt cuşa gəlir,
orda kaman, tar olanda!
                    İSRAYIL BAXŞEŞ

Oxunub: 310
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az