Osmanlı sultanlarının maraqlı xüsusiyyətləri...






Osmanlı sultanlarının maraqlı xüsusiyyətləri...
Osman Qazi
Dövlətin qurucusu Osman Qazi çox fərqli paltarlar geyinərdi. Ancaq bunun səbəbi israfçılıq deyildi. Kimsə onun paltarına diqqətlə baxsaydı, həmin an çıxarıb ona bağışlayardı.
I Murad
Mövlanaya böyük sevgi və hörmət göstərən I Murad sui-qəsdlə öldürülən yeganə Osmanlı sultandır.
İldırım Bəyazid
Sürətli hərəkəti sayəsində “İldırım” ləqəbini alan Bayezid İstanbulu bir neçə dəfə mühasirəyə alan hökmdar idi. Suyu çox sevən bir insan olduğundan Bursa Ulu Məscidinin içərisində bir çeşmə tikdirmişdi.
Sultan Fatih Mehmed
Türk tarixinin ən əhəmiyyətli adlarından biri olan Fatih Sultan Mehmedin xəritələrə xüsusi marağı vardı. Yeməklərini tək yeyirdi, bu adəti saraya gətirən şəxsdir.
Sultan Səlim
Sərt xasiyyəti var idi. O zamanlar kimisə lənətləmək istəyəndə "İnşallah Sultan Səlim üçün Baş Vəzir olarsan" deyirdilər. 8 illik hökmdarlığında 7 böyük vəzir dəyişdirib.
Qanuni Sultan Süleyman
Çox yaxşı geyinərdi və zəngin bir zərgərlik kolleksiyasına sahib idi.
III. Murad
III. Muradın 49 uşağı olsa da, heç biri sağ qalmamışdı. 'Yox' deməyi çox bilməyən sultanın saatlara da xüsusi marağı var idi.
IV. Murad
Ən sərt sultanlardan biri idi. Şahmatı çox yaxşı oynayırdı. Qaçan atdan başqa ata atlanmaq üçün kifayət qədər yaxşı bir atlı idi.
IV. Mehmed
7 yaşında taxta çıxdı və 39 il hakimiyyətdə qaldı.
"Şərq" qəzeti

Oxunub: 332
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az