Yaponiyanın Azərbaycan respublikasındakı səfirliyi
Azərbaycanın 2 cüdo üzrə məşqçisinin ordenlə təltif olunma qərarı.
2021-ci il 29 aprel tarixində Yaponiya hökuməti tərəfindən “2021-ci il Xarici vətəndaşlar üçün Orden-Yaz kateqoriyası” üzrə Azərbaycandan 2 nəfərin ordenlə təltif olunması qərarlaşdırılmışdır.
1. Əhməddin Rəcəbli: Paralimpiya cüdosu üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi
Təltif olunduğu orden: Gümüş Şüalı Gündoğar Ordeni (The Order of the Rising Sun, Silver Rays)
Nailiyyətləri: Azərbaycanda cüdonun yayılmasının ilk günlərindən fəaliyyət göstərərək, cüdo məşqçisi kimi 500 nəfərdən çox cüdoçu yetişdirmişdir. Paralimpiya cüdosu üzrə ikiqat qızıl medal sahibi İlham Zəkiyevin 2004-cü il Afinada baş tutmuş XII Yay Paralimpiya Oyunları və 2008-ci il Pekində keçirilmiş Yay Paralimpiya Oyunlarında 100 kq çəki dərəcəsində qızıl medal qazanmasında əvəzsiz rol oynamış və bununla Azərbaycanda paralimpiya cüdosunun yayılmasına böyük müsbət təsir göstərərək, ölkədə cüdo və paracüdonun inkişafına əvəzsiz töhfə vermişdir.
Xarici vətəndaşlar üçün Orden Yaponiya ilə dostluq əlaqələrinin inkişafında diqqətəlayiq əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur. Bu, 2016-cı il “Payız kateqoriyası” üzrə “Geniş lentli Gündoğar Ordeni” (Grand Cordon of the Order of the Rising Sun)ilə təltif olunan sabiq Baş nazirin müavini Abid Şərifovdan sonra növbəti ordenlərdir.
Növbəti olaraq, Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən orden sahiblərinin ordenlə təltif olunması və ordenlə bağlı diplomun təhvil verilməsi üçün təltifetmə mərasiminin keçirilməsi planlaşdırılır.
Azərbaycanın 2 cüdo üzrə məşqçisinin ordenlə təltif olunma qərarı
2021-ci il 29 aprel tarixində Yaponiya hökuməti tərəfindən “2021-ci il Xarici vətəndaşlar üçün Orden-Yaz kateqoriyası” üzrə Azərbaycandan 2 nəfərin ordenlə təltif olunması qərarlaşdırılmışdır.
2.Tərlan Həsənov: Kanokan-TT Peşəkar Cüdo İdman Klubunun prezidenti
Təltif olunduğu orden: Gümüş Şüalı Gündoğar Ordeni (The Order of the Rising Sun, Silver Rays)
Nailiyyətləri: Azərbaycan Respublikasının ilkin cüdoçularından biri olaraq, 1972-ci ildən bəri Azərbaycanda cüdo üzrə məşqçi kimi çalışmış, 100 nəfərdən çox olimpiya idmançısı daxil çoxsaylı istedadlı cüdoçular, 3 beynəlxalq dərəcəli cüdo hakimi, çoxsaylı cüdo məşqçiləri yetişdirmişdir. Azərbaycanda cüdo məşqçisi olaraq ən uzun müddət fəaliyyət göstərən şəxslərdən biri kimi, cüdonun inkişafına əvəzsiz töhfə vermişdir.
Oxunub: 301