Azərbaycan millət vəkili və Qazi.
Razi Nurullayev:
- İmişli rayonu, Xəlfəli kənd sakini İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı Əliyev Qüdrət Cəbrayıl, Füzuli, Qubadlı rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda erməni snayperçi tərəfindən qolundan yaralanıb. Köməkçim Ehtiram Mehdiyev onu Mərdəkan Tibbi Reabilitasiya mərkəzində fizioterapiyadan keçirib.Qüdrət qol sümüyündə birləşmə olmadığı üçün əllərini tərpədə bilmir. Mərkəzi Hərbi Qospitalda təkrar müayinədən keçirilməsi üçün xəstəxananın rəhbərliyindən xahiş etdik. Sağ olsunlar, qısa zamanda göndərişsiz məsələni həll etdilər.Yeni cərrahi əməliyyat tələb olunur və yaxın zamanlarda, İnşallah yeni əməliyyatla sağlamlığına qovuşar.
Oxunub: 241