
ANAMA-nın Minaaxtaran İtlər Qrupunun bələdçisi Loğman Namazov və onun dördayaqlı köməkçisi, alman çoban iti Kora 2020-ci il üzrə Marşal İrsi İnstitutu tərəfindən keçirilən “Minatəmizləmə və insan həyatının xilas edilməsi” yarışmasında fərqləndiyinə görə qalib seçilib.
10 yaşlı Kora 2012-ci ildən indiyədək Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax və Ağstafa kimi müxtəlif regionlarda 378 323 kvadrat metrdən çox ərazini yoxlayıb. Bu müddət ərzində o, xeyli sayda piyada əleyhinə mina, piyada və tank əleyhinə mina parçaları, saysız-hesabsız güllə və partladıcı qırıntıları aşkar edib. Koranın iştirakı ilə 38 ferma, 8 məktəb və 17 otlaq sahəsinin təmizlənməsi həyata keçirilib. Görülən işlərin nəticəsində 32 ailənin və 2 100 nəfərin təhlükəsiz yaşaması üçün şərait yaradılıb.
Babək Cəfərov
Oxunub: 307
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az