Yusifova Tünzalə Vəli qızı Filologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Şamaxı filialının direktoru.


Bəzən müsahibə alanda, həmsöhbətimi tanımaq üçün, onu sual yağışına tuturam. Əslində məqsədim "söhbət olsun" qədər sadə deyil. Bir az daha çoxunu istəyirəm. Həmsöhbətim danışmalıdır. İlk görüşlərdə müsahiblər çox gərgin olurlar. Söhbət heç cür açılmaz, açılsa da irəliləməz.  
Amma bu dəfə fərqli oldu.....
Bir  filosof demişkən, uzun ömür  o   ömürdür ki, o, yaxşı  əməllərlə  doludur. Çox   yaşamaq  deyil, mənalı yaşamaq  lazımdır. Xeyirxah  işləri   görməyi sonraya saxlamaq lazım deyildir. Müsahibimlə ilk görüşmüz idi.  ( Eşidmişdim amma həmsöhbət olmamışdıq) Haqqında söz açmaq istədiyimiz Tünzalə xanım idi. Öncə  deyək ki, ( aldığımız məlumat əsasında)  Tünzalə xanım  həmişə tələbkarlığı ilə yanaşı olaraq insanlara pozitiv mövqedən yanaşır, dost gözü ilə baxır, onları özünə doğma hesab edir. Amma yoxlamağı da var. O, həm də peşəkar təhsil işçisi və təşkilatçısıdır. Rəhbər kimi sənədləşmə və hüquqi-normativ yazıları baxımından onun peşəkarlığı danılmazdır. Deyilənlər öz təsdiqini tapdı.Tanışları onun barəsində belə deyirlər ki, 
 - İnsan kimi sadəliyi, səmimiliyi və ünsiyyət qura bilmək qabiliyyətinə malik olmasıdır ki, onu başqalarından fərqləndirir. Səliqəli görkəmi, gülümsər siması, işgüzarlığı, incə yumor misalları, çevik təfəkkürü, yaradıcı təxəyyülü, maraqlı söhbətləri, yüksək nitq mədəniyyəti onun zəhmətkeş  bir ailəsində tərbiyə və təlim görməsindən qaynaqlanır. 
Son olaraq deyim ki, Yusifova Tünzalə Vəli qızı Filologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Şamaxı filialının direktorudur.

Alxas Məmmədov.

Oxunub: 1 359
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az