ABŞ prezidenti Co Bayden "soyqırımı" (genosid) dedi. Cəhənnəmə desin, gora desin!






ABŞ prezidenti Co Bayden "soyqırımı" (genosid) dedi. Cəhənnəmə desin, gora desin! Bu, həmin ABŞ-dır ki, 1918-1920-ci illərdə Naxşıvanı bizdən alıb ermənilərə vermək, orada əbədi erməni hakimiyyəti qurmaq istəyirdi, ancaq Naxçıvan xalqının müqaviməti bu bəd niyyətin qarşısını aldı. Bu, həmin ABŞ-dır ki, ermənilərin 1918-dən bəri Azərbaycan torpaqlarını işğal etməsinə, indiki Ermənistan ərazisində etnik təmizləmə apararaq türk-müsəlmanları minillik torpaqlarından vəhşiliklə qovmasına və Azərbaycanda törətdiyi, bütün dünyaya bəlli çoxsaylı soyqırımları görməzdən gəlir, özünü korluğa vurur. ABŞ özəlliklə son prezidentlərinin simasında qatı müsəlman düşməni olduğunu çoxsaylı müsəlman ölkələrini xarabaya çevirməsi ilə dünyaya göstərib və göstərməkdədir. Baydenin bu bəyanatı da ABŞ-ın həmin mənhus xarici siyasətinin tərkib hissəsidir. Təəssüf ki, düşmənlərə satılmış bir sıra ərəb dövlət başçıları islam aləminin birləşməsinə imkan vermir, ancaq belə imansız rəqiblərin qarşısında duruş gətirmək üçün başda Türkiyəmiz olmaqla Türk Birliyini yaratmağa və möhkəmlətməyə indi nə qədər ehtiyac var!
Ədalət Tahirzadə, 
professor

Oxunub: 329
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az