Adil Aliyev-5 Mart Bədən tərbiyəsi və idman günü ilə əlaqədar idmançılarımızı, məşqçilərimizi və bütün idman ictimaiyyətini təbrik edirəm.


5 Mart Bədən tərbiyəsi və idman günü ilə əlaqədar idmançılarımızı, məşqçilərimizi və bütün idman ictimaiyyətini təbrik edirəm. Ölkəmizdə idmanın inkişafı ilə əlaqədar Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs, bütün sahələrdə olduğu kimi Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdmançılarımız mütəmadi olaraq ölkə başçısı tərəfindən qəbul edilir, mükafatlandırılır və bütün qayğıları həll edilir. Eyni zamanda da, idmançılarımız öz məsuliyyətlərini yetərincə dərk edir, istər Rəşadətli Ordumuzun tərkibində döyüş meydanında, istərsə də beynəlxalq yarışlarda onlara göstərilən etimadı yüksək səviyyədə doğruldurlar.

Oxunub: 257
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az