Fərid Şükürlü Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi









44 günlük Vətən müharibəsindən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə əsaslı bərpa işlərinə start verib. Başlanan bərpa işləri də bir daha göstərir ki, Qarabağda böyük iqtisadi layihələr icra olunacaq, kəndlər, rayonlar, şəhərlər yeni planlara uyğun olaraq bərpa ediləcək, məktəblər, xəstəxanalar, dövlət qurumlarının binaları inşa ediləcək, infrastruktur yaradılacaq. 
Bu mənada artıq Azərbaycan böyük investorlar üçün daha maraqlı ölkəyə çevrilməkdədir. Prezident İlham Əliyevin mütəmadi olaraq beynəlxalq miqyasda nüfuzlu olan şirkət rəhbərləri ilə görüşməsi, onların işğaldan azad olunmuş ərazilərdə görəcəkləri işlərə dair fikir mübadilələri aparması bir daha deyilənləri sübut edir. 
Bu gün işğaldan azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri həyata keçirilir. Cənab Prezident İlham Əliyevin və hörmətli Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. 
Dövlət başçımızın hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər Qarabağın tezliklə cənnətə çevriləcəyini deməyə əsas verir. 
Ərazilərin bərpa olunması yeni iqtisadi imkanlar yaradacaq və görüləcək infrastruktur layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr ümumən regionun geosiyasi statusunu dəyişdirəcək. Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib. 
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son iki yüz il ərzində hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Nəzərdə tutulmuş Böyük Qayıdış planı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.
Azərbaycanın müasir inkişaf modeli cəmiyyət, biznes və dövlət üçlüyüdür. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün bu üçlüyün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir.
Cənab Prezidentin özünün dediyi kimi o, nəyi nə vaxt edəcəyini çox yaxşı bilir. Bunu həm xalqımız qarşısında, həm  dünya dövlətləri qarşısında ən ağır, ən çətin imtahan olan Vətən müharibəsində  Sərkərdə məharətinin möhtəşəmliyi ilə bir daha və ən qəti şəkildə sübut etdi.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

Oxunub: 297
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az