Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibətilə Suraxanı rayonunda xatirəsi yad olunub.
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibətilə Suraxanı rayonunda xatirəsi yad olunub. Aqarunov Albert Aqarunoviç 1969-cu il aprelin 25-də Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən Aqarunov cəbhəyə könüllü yazılıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. O, 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək, 23 yaşında döyüş meydanında qəhrəmancasına şəhid olub.Allah rəhmət eləsin!Leyla Faiqqızı
Oxunub: 451