ABŞ Türkiyəni F-35 istehsal proqramından rəsmi şəkildə kənarlaşdırdı.
ABŞ Türkiyəni F-35 istehsal proqramından rəsmi şəkildə kənarlaşdırdı
Amerika Birləşmiş Ştatları F-35 beşinci nəsil qırıcı təyyarələrin istehsalı proqramından Türkiyəni kənarlaşdırdı. “Anadolu” agentliyi xəbər verir ki, ABŞ bu barədə Türkiyəyə rəsmi olaraq bildiriş göndərib. Bu qərarın Ankara tərəfindən Rusiyadan S-400 zenit raket sistemləri alması ilə əlaqələndirilib. Xəbərdə həmçinin bildirilib ki, rəsmi Vaşinqton F-35 istehsalı layihəsi çərçivəsində digər yeddi ortağı Avstraliya, İngiltərə, Danimarka, İtaliya, Kanada, Hollandiya və Norveçlə memorandum imzalayıb.
Oxunub: 227