Millimizin lideri Mariya Stadnik 1,5 illik fasilədən sonra qayıtdığı güləş xalçasında qitənin ən güclüsü olduğunu bir daha təsdiqləyib.





Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan yığması ilk qızıl medalını dördüncü yarış günündə qazanıb.
Bu uğura qadınların 50 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik imza atıb. Millimizin lideri Mariya Stadnik 1,5 illik fasilədən sonra qayıtdığı güləş xalçasında qitənin ən güclüsü olduğunu bir daha təsdiqləyib.
Bu, Stadnikin Avropa çempionatlarında 8-ci qızıl medalı olub. İlk uğuruna 2008-ci ildə Finlandiyanın Tampere şəhərində imza atan güləşçimiz 2009, 2011, 2014, 2016 və 2017-ci illərdə də 48 kq, 2018-ci ildə isə indiki kimi 50 kq çəkidə ən güclü olub. 8 qitə çempionluğu olan Stadnik 2015 və 2019-cu illərdə Avropa Oyunlarının qalibi kimi “Köhnə qitə”də rəqibinin olmadığını göstərib.

Oxunub: 286
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az