Çiyələk düzgün becərilərsə.......
Dünya üzrə çiyələk ixracına görə ilk 3-lükdə İspaniya,ABŞ və Meksika qərarlaşıb. İspaniya təkcə bir il ərzində bu sahədən 700 milyon dollara yaxın gəlir əldə edir. Bu ölkələrin hər birinin bu sahədəki nailiyyətləri düzgün becərmə texnalogiyasına əsaslanır.Kənd təsərrüfatı bitkiləri sırasında çiyələkçilik rentabelli sahələrdən hesab olundğu üçün ölkəmizdə də buna maraq xeyli çoxdur. Yerli fermerlər Orta hesabla bir hektarlıq sahədən 11-12 ton məhsul əldə edirlər. Mütəxəsislər bildirilər ki, İspaniya və ABŞ-dakı kimi aqrar -elmi yanaşmanın tətbiqi ilə ölkəmizdə bu götəricini daha da artırmaq olar.
Çiyələk düzgün becərilərsə, onda müəyyn maddələr xüsusi ilə də nitrat və natrit norma daxilində olur. Məhz əksər idxalçı Avropa Ölkələri istehsalçılar qarşısında bu kriteriyaları əsas şərt kimi qoyur.Məhsulun müvafiq qabaşdırma standrtları isə bundan sonrakı prosesdir. Artıq yerli fermerlər də bunun fərqindədirlər: daha çox qazanmaq üçün daha keyfiyyətli məhsul istehsal etmək zəruridir. Çoxlu sayda olmasa da bölgərdə artıq dünya bazarına çıxa biləcək səviyyədə məhsul istehsal edən fermerlər formalaşmaqadır.Hətta Cənub bölgəsində çiyələyin uzun məsafələrə daşınması üçün şoklama anbarlarının da sayı ilbəil çoxalır.
Təsərrfatını ixrac üzərində qurmaq istəyən Cəlilabadlı fermerlər tarlalarında İspaniya və Amerikadan gətirilmiş dözümlü çiyələk sortları becərməyə üstünlük verirlər.Özünüəməxsus dadı ilə seçilən yerli məhsul Son illərdə Ərəb ölkələrinin marağını daha çox cəlb etməyə başlayıb.