“Yarat, sülhə öz töhfəni ver və mükafat qazan!”







“Yarat, sülhə öz töhfəni ver və mükafat qazan!”
Bu şüarla Azərbaycanda yeni ictimai aksiya start götürür.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya çərçivəsində Kreativ Azərbaycan Platformasının dəstəyi ilə başlayan “Sülh üçün Yarat” (#Create4Peace) aksiyasında yaratdığınız əl işi, rəsm əsəri, musiqi əsəri, dizayn nümunəsi, video, yazılı mətn, foto və s. ilə iştirak edə və sülhün möhkəmlənməsinə yaradıcılıq çağırışınızı duyura bilərsiniz.
Aksiya çərçivəsində seçilmiş ən yaradıcı və aktiv iştirakçılar təşkilatçılar tərəfindən mükafatlandırılacaq.
Aksiyanın iştirak şərtləri, mövzular və əlavə məlumat haqqında ərtaflı.

Oxunub: 236
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az