Azərbaycanın şəhid Baş prokuroru İsmət Qayıbov.






Azərbaycanın şəhid Baş prokuroru İsmət Qayıbov.
İsmət İsmayıl oğlu Qayıbov 1942-ci il oktyabr ayının 8-də Azərbaycanın Gəncə şəhərində anadan olub.
Gəncə şəhərində hazırda adını daşıdığı 1 saylı orta məktəbdə təhsilini bitirdikdən sonra 1963-cü ildə əmək fəaliyyətinə başlayan İsmət 1967-ci ildə hüquq fakültəsində təhsilini başa vurur. 1971-ci ildə respublika prokurorluq orqanlarına işə qəbul edilir. 1990-cı ilin avqustunda Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib.
Müstəqil Azərbaycan respublikasının ilk Baş prokuroru olan İsmət Qayıbov 1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra digər dövlət xadimi ilə birlikdə içində olduğu “Mi-8” vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. Azərbaycanın ilk Baş prokuroru Qayıbovun rəsmi dəfn mərasimi Bakıda keçirilib və mərhum Fəxri Xiyabanda dəfn olunub.
Hazırda Bakıdakı stadionlardan biri, eləcə də neft tankeri, ölkədə bir çox məktəb və küçə İsmət Qayıbovun adını daşıyır.
Allah rəhmət eləsin!






Oxunub: 258
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az