Milli Məclisin deputatı Ağalar Vəliyevin mətbuata açıqlamasında yer alan fikirlər:
"Azərbaycan 30 ildən sonra, ötən il noyabrın 10-dan etibarən qalib dövlət statusuna nail olub. Bütün bu amillər cəmiyyətimizin və insanlarımızın həyatında yeni mənəvi-psixoloji məqamlar yaradır. Qarabağdan olan vətəndaşlarımızın çöhrəsində məcburi köçkün üzüntüsünə daha rast gəlmək mümkün deyil. Bu, hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir".
“İşğaldan azad olunmuş Qarabağ torpaqlarında həyatın canlandırılması, infrastrukturun qurulması, insanların bu torpaqlara köçürülməsi üçün zəruri şəraitin yaradılması bizim qarşımızda duran dövr ərzində həyata keçirməli olduğumuz vacib vəzifələrdir”.
"Artıq dünya birliyi də Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olmasını və yeni reallıqların yarandığını qəbul edir. Yeni reallıqlar isə, ilk növbədə Cənubi Qafqazda bütün maraqlı dövlətlər üçün yeni əməkdaşlıq formatının qurulmasını zəruri edir".
"Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə və nümayiş etdirdiyi sülhpərvər mövqe sayəsində Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyması üçün strateji reallıqlar və tarixi fürsət yaranıb. Ermənistan bir dövlət kimi öz mövcudluğunu qorumaq və qonşularla yaxşı münasibətlər qurmaq üçün bu fürsəti dəyərləndirməlidir".
Oxunub: 240