“Rossotrudniçestvo”-nun Azərbaycandakı nümayəndəliyi tərəfindən 19 aprel 2021-ci il tarixdə rus dili və ədəbiyyatı üzrə olimpiadanın 1-ci mərhələsi keçirilmişdir.






Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo”-nun Azərbaycandakı nümayəndəliyi tərəfindən 19 aprel 2021-ci il tarixdə  rus dili və ədəbiyyatı üzrə olimpiadanın 1-ci mərhələsi keçirilmişdir. Olimpiada əyani formada və pandemiya qaydalarına tam əməl edilməklə keçirilmişdir. Olimpiada Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuşdur. Şamaxı rayonunda şəhər 2 saylı tam orta məktəbdə keçirilən olimpiada şəhər 2 saylı, Çuxuryurd və II Cabanı kənd tam orta məktəblərinin tədris rus dilində aparılan  7-9-cu sinif şagirdləri arasında keçirilmişdir. Ümumilikdə rayon üzrə olimpiadada 110 nəfər şagird iştirak etmişdir ki, onlardan  8 nəfər qalib olaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır. Qalib şagirdlərimizi təbrik edir, onlara növbəti mərhələlərdə uğurlar arzulayırıq.

Oxunub: 276
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az