YAP Qobustan rayon təşkilatının fəalları şəhid ailələri ilə görüşləri davam etdirir.





YAP Qobustan rayon təşkilatının fəalları şəhid ailələri ilə görüşləri davam etdirir
17 aprel 2021- ci il tarixdə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev və YAP fəalları I-ci və II-ci  Qarabağ müharibəsində 24  (I- Qarabağ müharibəsi 20 Şəhid, II- Qarabağ müharibəsi 4 Şəhid) Şəhid vermiş Rayonun Sündü  kəndindəki Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarları üzərinə tər gül dəstələri qoyuldu.Xiyabanda görülən işlərlə yaxından tanış oldular və görüləcək işlər barədə fikir mübadiləsi aparıldı.
Sonra Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının fəalları rayonun  Sündü kəndindən Vətən müharibəsi zamanı şəhid olmuş, Ölkə Prezidentinin Fərmanı ilə Vətən uğrunda,Füzuli və Xocavəndin azad olunmasında  fərqləndiyinə görə orden və medallarla təltif olunmuş Quliyev Həsən Yalçın oğlunun  böyüyüb boya çatdığı evdə onun  ailə üzvləri ilə görüşdülər.
Füzuli Gülaliyev ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirdi  ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə bu qəbildən olan insanların həyat şəraitinin və güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.
Sonra F. Gülaliyev qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhunun xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdiyini, Azərbaycanın igid əsgər və zabitlərinin Vətən müharibəsində  şanlı tarix yazdıqlarını və bu qəhrəmanlıq dastanının əbədi yaşayacağını, gələcək nəsillər tərəfindən öyrəniləcəyini və şəhidlərimizin əbədiyaşar xatirələrinin daima yad olunacağını qeyd etdi.
Şəhidimizin anası   Quliyeva Ziyafət göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə , Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdi.
Görüş  zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onlara maddi yardım və ərzaq bağlamaları təqdim olundu.













 

Oxunub: 314
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az