Mən ora qayıdıb, həmin bulaqlardan yenə su içməyincə, heç bir davamlı atəşkəs olmayacaq!
2016 aprel döyüşlərindən sonra ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri (müxtəlif ölkələrdən olan hərbçilər) təmas xəttində atəşkəsin monitorinqini keçirirdilər. M.Bərxudarovun da iştirak etdiyi görüşdə xarici hərbçilər atəşkəsin etibarlı və davamlı olması barədə danışırdılar. Eşitmişdim, M.Bərxudarov onların sözünü kəsib, Qubadlı istiqamətinə əli ilə işarə edib, deyib, “Bax ora mənim doğma kəndimdir. Orada uşaqlıqda bulaqlardan su içmişəm. Mən ora qayıdıb, həmin bulaqlardan yenə su içməyincə, heç bir davamlı atəşkəs olmayacaq!”44 günlük müharibədə general dediyini etdi! Müzəffər ordunun rəşadətli birlik komandanını 45 illik yubileyi münasibəti ilə təbrik edirik!Nazim Bayram, Qarabağ qazisi
Oxunub: 296