120 mm-lik avtonom minaatan sistemi “Cardom (Hatchet)”








120 mm-lik avtonom minaatan sistemi “Cardom (Hatchet)”
(“Soltam Systems Ltd”, sonradan “Elbit Systems Ltd” tərkibinə keçib, İsrail)
Çapı, mm – 120
Maksimal atəş məsafəsi, metr – 7000-8000
Atəş tezliyi, atəş/dəqiqə – ilk 1-ci dəqiqədə 16, sonradan 4
Üfiqi müstəvidə tuşlanması, dərəcə – 360
Şaquli müstəvidə tuşlanması, dərəcə – 40-80
Birinci atəşin açılma müddəti, saniyə – 30
Heyəti, nəfər – 4
Şassi – Mercedes-Benz Atego 1017 4x4
Maksimal hərkər sürəti, km/saat – 80
Cardom (Hatchet), tırtıllı və ya təkərli nəqliyyat vasitəsinə quraşdırıla bilən 120 mm-lik özüyeriyən minaatan sistemidir. İsrail istehsalı olan sistem, kompyüterləşdirilmiş inteqrasiya olunmuş naviqasiya sistemləri olan, öz-özünə mövqeləndirilən və tuşlanan platforma sisteminə quraşdırılmış 120 mm-lik “Soltam K6” minaatandan ibarətdir.
Təpməli 120 mm-lik minaatan sistemi dönərdir və yüksək keçidlik imkanına malik 4x4 təkər formullu “Mercedes-Benz Atego 1017” avtomobilinin arxasında yerləşdirilmişdir. “Cardom” nəqliyyat vasitəsində heyət üçün yer nəzərdə tutulmuş və istifadəyə hazır döyüş sursatlarının yerləşdirilməsi təmin edilir. Sistemdə atəş zamanı dayanıqlığı təmin etmək üçün iki hidravlik domkrat quraşdırılmışdır.
“Cardom” minaatan sistemi, özündə inersial naviqasiya sistemi, azimut və yer bucağı üzrə tuşlamaq üçün elektrik ötürücüləri, habelə yüksək dəqiqlik üçün bort ballistik hesablayıcını birləşdirən atəşi idarəetmə sistemi ilə təchiz edilmişdir.
“Cardom” minaatan sisteminin tuşlama mexanizmləri sürətli avtomatik yığma rejimini təmin etmək üçün müasir idarəetmə, nəzarət və rabitə sistemlərinə qoşulmuşdur. “Cardom” minaatan sistemi, hədəf haqqında məlumatları, adətən yerli Azimut Atlas Mk 2 sistemindən götürür, bu da müşahidə mövqeyindən məsafəni, axtarmanı, yerləşmə yerini və digər məlumatları təmin edir və birbaşa “Cardom” sisteminə ötürür. Elektrikli servomühərriklərin köməyi ilə, minaatanın lüləsi atəşə hazır dəqiq hərəkət nöqtələri və əyilmə vəziyyətinə gətirilir.




Oxunub: 480
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az