Türkiyənin raket mühərriki dünya rekordunu yeniləyib.







Türkiyənin raket mühərriki dünya rekordunu yeniləyib
Türkiyənin ilk orta mənzilli raket mühərriki 240 milimetr diametri ilə 1342N (Nyuton) itələmə gücünə çataraq dünya rekordunu yeniləyib.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank özünün “Twitter” hesabında yazıb.
Dünya rekordunu qıran TEI-TJ300 mühərriki Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyacları istiqamətində hazırlanacaq Orta Mənzilli Gəmi Əleyhinə (OMGS) Raketdə istifadə ediləcək.
Mühərrik Türkiyənin Elmi və Texnoloji Tədqiqatlar Şurasının (TUBİTAK) dəstəyi ilə “TUSAS Motor Sanayi” tərəfindən hazırlanıb.
Mühərrikin inkişafı layihəsi 2017-ci ildə başlayıb və ilk dəfə keçən iyun ayında sınaqdan keçirilib.
Sevinc Əliyeva

Oxunub: 259
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az