"BİR PƏNCƏRƏ" XİDMƏT MƏRKƏZİ GƏLƏCƏK KARYERAMIZDA BİZƏ DƏSTƏK OLACAQ - ELSEVƏR NAĞIYEV.






"BİR PƏNCƏRƏ" XİDMƏT MƏRKƏZİ GƏLƏCƏK KARYERAMIZDA BİZƏ DƏSTƏK OLACAQ - ELSEVƏR NAĞIYEV 
Qloballaşan müasir dövrümüzdə idarəetmə sistemində modernləşmə yeni idarəetmə modelləri zərurətini yaratmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl islahatlar idarəetmənin təkmilləşdirilməsinə, yeni düşüncə tərzinin formalaşdırılmasına istiqamətlənmişdir.Yeni idarəetmə modellərinin əsas prinsiplərindən biri  şəffaflığın artırılmasının ön plana çəkilməsidir. Bu baxımdan, dövlətimizin başçısı tərəfindən demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin artırılması, xidmətlərin daha keyfiyyətli və müasir innovasiyalarla həyata keçirilməsi, korrupsiya və rüşvətxorluğun qarşısının alınması  məqsədilə dövlət orqanlarının qarşısında yuxarıda qeyd edilən prinsiplərə əsaslanan idarərtmə mexanizmi, vətəndaş müraciətlərinin qəbulu, icrası və cavablandırılması sahəsində müasir xidmət səviyyəsinin yaradılması vəzifəsi qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev: “Mənim gənclərə xüsusi münasibətim var. Mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalanan bilərsiniz. Mən də sizə arxalanıram” deyərək gənclərə olan münasibətini belə ifadə edib. 
Hər kəsə bəllidir ki gənclik hər bir xalqın yaranması və inkişafı üçün əsas prioritetidir. Bir xalqın təşəkkülü və inkişafı  üçün sağlam gəncliyin olması vacibdir.
Şəmkir rayonu gənclərə daim geniş imkanların yaradılması, gənc kadrların işlə təmin olunması sahəsində hər daim bir nümunə olmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyəti haqqında Əsasnaməni ” rəhbər tutaraq, Şəmkir İcra Hakimiyyəti tərəfindən şəffaflığın artırılması məqsədi ilə yaradılmış “Bir Pəncərə Xidmət Mərkəzi” vətəndaşlara daha keyfiyyətli və müasir xidmətlərin göstərilməsi ilə yanaşı, biz gənclərə də təcrübə qazanmaq üçün böyük imkanlar yaratdı. 
Hazırda, bakalavr təhsilimi davam etdirməyimə baxmayaraq, ixtisasım üzrə təcrübəm olmamasından gələcəkdə işlə təmin olunma və iş təcrübəsi ilə bağlı problemlər yaşayacağımı düşünürdüm. “Bir Pəncərə” Xidmət Mərkəzində könüllü olaraq fəailiyyət göstərməyə başladığım ilk gündən, vətəndaşlarla iş, sənədlərin qəbulu, icrası, cavablandırılması və s. bir çox məsuliyyətli işlərə biz gənclərin cəlb olunması, bizim bu sahədə təcrübə qazanmağımız gələcək fəaliyyətimizdəki yolumuza hər daim işıq saçacaq.
Şəmkir RIH Layihəsinin məqsədi vətəndaşların elektron növbə və eyni zamanda vətəndaşların məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.
“Bir Pəncərə” Xidmət Mərkəzində belə məsuliyyətli işlərə biz gənclərin cəlb olunmasına və təcrübə qazanmağımıza şərait yaradan və əməyi keçən hər kəsə təşəkkür edirik !!! 
Biz birlikdə güclüyük!!!
Elsevər Nağıyev- "Bir Pəncərə" Xidmət Mərkəzinin könüllüsü

Oxunub: 256
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az