
Ukrayna Silahlı Qüvvələri: "Neptun", yoxsa "Vilxa"?
“Luç” Kiyev Dövlət Konstruktor Bürosunun (“Luç” KDKB) baş konstruktoru və baş direktoru Oleq Korostelov, “Security talks” proqramında Ukrayna Silahlı Qüvvələrinə yeni “Neptun” gəmi əleyhinə raket komplekslərinin (GƏRK) və "Vilxa" yaylım atəşli reaktiv sistemlərinin (YARS) tədarükünün bəzi detallarından bəhs edib.
Xüsusilə, RK-360MTs "Neptun" kompleksi üçün sifarişin tamamlanmamış maliyyələşdirilməsinə baxmayaraq (yalnız avans ödənişi köçürülmüşdür ki, bu da işi başa çatdırmaq üçün kifayət deyil), müəssisədə artıq onun yaradılması üzərində işlər başlamışdır və birinci divizionun Müdafiə Nazirliyinə 2022–ci ilin birinci rübündə təhvil verilməsi planlaşdırılır.
"Müdafiə Nazirliyi ilə imzaladığım plana görə, divizion bütövlükdə gələn ilin birinci rübündə tədarük ediləcəkdir. Əlbətdə ki, texnikaların bir hissəsinin hazırlanmasını Ukraynanın müstəqilliyinin 30-cu ildönümünə qədər etməyi planlaşdırırıq. Texnikaların digər hissə isə, təsdiq edilmiş və razılaşdırılmış qrafikə uyğun hazırlanacaq", deyərək - Oleq Korostelov bildirmişdir.
O, RK-360MC-nin üç divizionunun əvvəlcədən sifariş verildiyini və potensial olaraq isə Ukrayna Silahlı Qüvvələrinin bu cür komplekslərinin beş dəsti ilə təmin olunmasından söhbət getdiyini söyləyib.
"Əgər belə düşünsək, həqiqətən üç divizion sifariş verilib. Ancaq daha çoxu, hər şey hərbiçilərin təyin edəcəyi strategiyadan asılıdır. Yəni sual verərsinizsə - beş divizion istehsal edə bilərikmi? Bacararıq. Bəli.", deyərək Oleg Korostelov vurğulayıb.
Bundan əlavə, "Luç" KDKB-dan digər yeni raketlərin - idarə olunan P624 "Vilxa" istehsalı davam edir.
"Müdafiə Nazirliyi "Vilxa” raketinin, necə deyərlər, “qısa mənzillisini" almağa davam edir. Bunların mənzili 70 kilometrə bərabərdir, yəni “Smerç” raketinin parametrləri. Yəni ilk partiyanı etdik, ancaq bizim bu işdə davamımız var", “Luç” KDKB baş konstruktoru - baş direktor deyib.
Xatırladaq ki, 70 km-ə qədər mənzilli “Vilxa” YARS dövlət sınaqları 2018-ci ildə başa çatıb və Silahlı Qüvvələr tərəfindən 2018-ci ilin oktyabrında silahlanmaya qəbul edilib. 300 mm korrektə olunan R624 "Vilxa" raketlərinin ilk partiyası sifariş olunmuşdur və məmulatlar üç partiyada (2019-cu ildə 48 raket, 2020-ci ilin martında 28 raket və aprelində 16 raket) tədarük edilmişdir.
Ancaq uzunmənzilli "Vilxa-M" sisteminin silahlanmaya qəbul edilməsi ilə bağlı bəzi gecikmələr var. Ən azından əvvəllər elan edilmiş planlara baxmayaraq, kompleks hələ də sınaqdan keçirilir və hazır deyil.
Öz növbəsində, RK-360MTs "Neptun" 23 avqust 2020-ci il tarixində silahlanmaya qəbul edilib. Bununla birlikdə, müqavilənin imzalanması və platformanın dəyişdirilməsində müəyyən gecikmələr olduğundan (KrAZ yerinə başqa, ehtimal ki, Tatra şassisi), ilk divizion əvvəlcədən gözlənildiyi kimi, cari ilin sonunda deyil, 2022-ci ilin əvvəlində təhvil veriləcək.
Polkovnik Əhəd Əzizov