Solmaz Şirvanlı- Neynəyim.






NEYNƏYİM.
Allah da unudub,bəndə də məni,
Küt gedib xəmir də,kündə də məni,
Telimə yagmamiş qocalıq dəni,
Olmuşam əsaya möhtac neynəyim?
Evim zəlzələdən paralanibdir,
Taleyim əzəldən qaralanibdir,
Ağrı-acı canda sıralanıbdır,
Edən yox dərdimə əlac neynəyim?
Alışdı təknəm də,yandı sacım da,
Yaman amansızdır ağrı-acım da,
Qəhədə çıxıbdır dərd əlacım da,
Açılmır qollarım qulac neynəyim?
Yardımlar paylanır varı olana,
Dövlət də ev tikir yarı olana,
Hər kəs baş endirir barı olana,
Şairə deyirlər  "Öl ac" neynəyim?
Əzəldən  bu bəxtim qaradan bişib,
Damar kirəclənib,ayağım şişib,
"Korona virus" da kimlərə düşüb,
Qoyulub çox başa bu tac neynəyim?
Hər kəsin kefi kök, damağı cağdır,
Bəxtəvər o kəsə,bir canı sağdır,
Solmaz da bəhərsiz,bağçadır,bağdır,
Oxumur nə bülbül,turac neynəyim?
Ərz etdim halımı Şahənşahıma,
İnandım,üz tutdum Qibləgahıma,
Özümü asmaqçın yox sabahima,
Bir qulac kəndirdir əlac neynəyim!!!
Solmaz Şirvanlı
22-04-2020

Oxunub: 259
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az