Oyun zamanı stadionun işıqları sönüb.
Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən "Neftçi" - "Sabah" matçı zamanı stadionun işıqları sönüb.
Bu matçın 26-cı dəqiqəsində baş verib.
Bu səbəbdən qarşılaşmanın baş hakimi Rəşad Əhmədov oyunu dayandırmaq məcburiyyətində qalıb. Stadionun işıqlandırılması generator vasitəsi ilə təmin olunub. 10 dəqiqəlik fasilədən sonra qarşılaşma yenidən bərpa olunub.
Oxunub: 207