Türkiyə Prezidenti Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Aygün Attarın doğum günüdür.





Bu gün Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən, ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifi, Türkiyə Prezidenti Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Aygün Attarın doğum günüdür. Aygün Attar 1962-ci il aprelin 16-da Qubadlıda anadan olub. Aygün xanım doğum günündə təhsil aldığı Q. İlyasov adına Qubadlı Şəhər 1 nömrəli tam orta məktəbində oldu.  Uzun bir aradan sonra doğma məktəbində həmvətənləriylə birlikdə olmağın sevincinin, doğulub boya-başa çatdığı Qubadlının işğaldan azad olunmasının verdiyi haqlı qürur hissinin yaratdığı xoş təəssüratlarını bölüşdü. Bu görüşün tez bir vaxtda Qubadlı torpağında gərçəkləşəcəyini bildirdi.

Oxunub: 242
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az