GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR VƏ HƏMKARLARI ZƏRİFƏ ƏLİYEVA HAQQINDA .



- …mənim üçün o, birinci növbədə, böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır.
Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri.

-Zərifə xanım böyük lider, ulu öndər Heydər Əliyevin ömürgün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq... Zərifə xanım çox sadə bir insan idi, heç vaxt büruzə vermirdi ki, Heydər Əliyevin – birinci katibin həyat yoldaşıdır. Həmişə onun yanında sadə insanlar olurdu. O, həmişə sadə insanların əhatəsində olurdu. Çox təvazökar idi.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.

- Fitri istedada malik alim, pak və nəcib insan, alovlu vətənpərvər olan Zərifə xanım Dünya təbabətində özünəməxsus yeri olan, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik nümunəsi ola biləcək nadir şəxsiyyətlərdən biri idi.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının Səhiyyə naziri, tibb elmləri doktoru, professor.

-  Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və səadət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu.
Arkadi Nesterov, akademik.

-Zərifə xanım, hər şeydən əvvəl, həyat sevgisi və maraq dairəsinin böyüklüyü ilə fərqlənirdi: o, həkim-oftalmoloq sənətinin vurğunu idi, elmi tədqiqatlara çox vaxt sərf edirdi, o, oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu tipli xəstəliklərin profilaktikasına və müalicəsinə böyük töhfə vermişdir. Zərifə Əziz qızı həyatda olduğu kimi, elmdə də özünə tapdanmış yol seçməmiş, elmin az öyrənilən, lakin inkişafı günün tələbi olan sahələrini araşdırmışdır.
V.V.Şmelyeva, professor.

- Zərifə xanım həyatı boyu sadə, qayğıkeş və xeyirxah insan kimi yaşamış və sevilmiş, gördüyü işlər hər zaman mənəvi zənginlik, səmimiyyət və milli dəyərlər üzərində qurulmuş və hər bir qadın üçün dəyərli bir örnəkdir.
Elmira Süleymanova, professor, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili.

- Biz Zərifə xanımın müasir oftalmologiyaya bir alim kimi verdiyi böyük töhfələrlə yanaşı, onun humanist həkim kimi vəsiyyətlərini də yaddan çıxarmamalıyıq.
Qəmər Adıgözəlova-Polçayeva, professor.

- Onu yüksək vətəndaşlıq və peşəkar prinsipiallıq səciyyələndirirdi. İstər söhbətlərində, istərsə də məqalələrində ‒ həmişə həkim və oftalmoloq düşüncəsinin təmizliyindən danışır, təəssübkeşliklə bu yolu müdafiə edirdi. O dönə-dönə bildirirdi ki, elmitexniki tərəqqi dövründə həkimlərin mənəvi-əxlaqi keyfiyyətləri nəinki aşağı düşməməli, əksinə, daha da artmalıdır. Hər cür mənəviyyatsızlıq, ruhi eybəcərlik ona yabançı idi, belə hallar Zərifə xanımın gözünün düşməni idi.
Boris Vaynşteyn, tibb elmləri doktoru, tibb xidməti polkovniki.

Hazırladı Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru 
Könül Eyvazova

Oxunub: 354
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az