Azərbaycan xalqı daim igidliyi , mərdliyi ilə tanınmışdır.







Tarix boyu Azərbaycan dövləti yüksəliş və tənəzzül dövrləri keçirmiş, daxili parçalanmalara , xarici işğallara məruz qalmışdır. Azərbaycan həmişə qonşu olduğu dövlətlərlə sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin qonşular, xüsusən də ermənilər Azərbaycan torpağına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər.
Azərbaycan xalqı daim igidliyi , mərdliyi ilə tanınmışdır. İşğal olunmuş ərazilərimizi sülh yolu ilə geri qaytarmaq istəsək də, mənfur düşmən hər zaman öz xainliyi ilə hiylə işlədərək buna razı olmamışdır.
Sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədi ilə hərbi əməliyyatlara başladı. 44 gün davam edən hərbi əməliyyatlar dövründə müasir texnika, silah-sursatla silahlanmış Azərbaycan Ordusu düşmənin bütün mövqelərini darmadağın edərək, işğal altında olan torpaqlarımızı azad edirdilər. Nəhayət noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşanın azad olunması Ermənistanı tam tərksilah etdi , onun bütün manevr imkanları çökdü.
44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı öz tarixi torpaqarımızı işğalçılardan azad edərək  və Ermənistan ordusunu darmadağın edərək şəhidlərimizin, mülkü şəxslərin, o cümlədən , Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının , Azərbaycan ordusunun gücünü, rəşadətini, yenilməzliyini bütün dünyaya sübut etdi.Müharibənin ilk günlərindən şəhidlər verməyimizə baxmayaraq, xalqımız qələbə əzmi ilə , zəfər hissi ilə coşub-daşdı.
Azərbaycan əsgəri yaralı döyüş yoldaşını çiyninə alıb "şəhidlik alnımıza yazılıb " deyib son nəfəsinədək vuruşdu. Dünyanın ən məşhur hərb mütəxəssisləri ordumuzun döyüş taktikasını alqışladı və bu gün həmin    əməliyyatımız , uğurlarımız onlar tərəfindən öyrənilir.
" Qarabağ Azərbaycandır " deyərək  başladığımız Vətən müharibəsi xalqımızın qürur, iftixar mənbəyinə çevrildi. Biz bu müharibədə zəfər çaldıq və qalib xalq kimi özümüzü təsdiq etdik!
Qələbənin əbədiləşdirilməsi məqsədilə yaradılan Hərbi Qənimətlər Parkında düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət götürülmüş texnikası bir daha, bizim gücümüzü, düşmənin məğlubiyyətini göstərir.
Hərbi Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini  bir daha sübut edir.
Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də, tarixi-dini abidələr , müqəddəs ocaqlar və məbədlərdir. Şəhər və məscidlərimiz dağıdılmaqla yanaşı həm də təhqir olunmuşdur. Azərbaycan xalqına məxsus çoxəsirlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə yeksan edilmiş, bir qismi isə saxtalaşdırılataq erməniləşdirilmişdir.
Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunun inkişafına böyük töhfə verib.Azərbaycan ordusu ən son silah və texnika ilə təchiz olunub.Vətən müharibəsi göstərdi ki , Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.  
" Azərbaycan inkişaf edərək torpaqları azad etdi.Çünki, inkişaf bizim qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı , lazımı dərəcədə lazımı silahlar əldə edə bilməzdik  "  söyləyən cənab Prezident ölkənin iqtisadi qüdrətinin qələbə üçün zəmin yaratdığını diqqətə çatdırdı.
Otuz il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsi öz həllini tapmırdı.Ancaq bizim problemlərimiz ondan əvvəl başlamışdır. 1987-ci ildə Ulu Öndərin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər. Ulu Öndərin istefasından iki həftə keçməmiş bir erməni millətçisi -Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdi ki , Dağlıq Qarabağ Etmənistana birləşməlidir.
Heydər Əliyevin dövründə ermənilər heç vaxt bu cür təxribat və cinayətlərə cürət edə bilmirdi.Çünki bilirdilər , o, nə qədər vəzifədədir , heç vaxt imkan verməz ki, erməni baş qaldırsın.
Müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi.Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır.
1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verəndən sonra AXC-Müsavat cütlüyü təşvişə və depressiyaya düşdü .Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Ulu Öndərə müraciət etdilər ki, onları burada Prezident  Aparatının qarşısında asmasınlar. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün bir il ərzində nə qədər ziyan vurdular-torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər qardaş qanını tökdülər.
Birinci erməni dövləti bizim tarixi torpaqlarımızda yaradılıbdır.1918 ci ildə AXC-nin ilk qərarlarından biri də , İrəvanı Ermənistana vermək , paytaxt düzəltmək idi. AXC-nin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var .Ancaq biz həqiqətləri bilməliyik.
Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru 
Könül Eyvazova

Oxunub: 309
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az