Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən nəticəli idmançılarımızın tanıdılması "İdmançılarımızı tanıyaq və tanıdaq " layihəsi davam edir.
Əzizova Sevda Xəyal Qızı
Əzizova Sevda Xəyal Qızı 28 sentyabr 2006-cı ildə Masallı şəhərində anadan
olmuşdur . 2012-ci ildə Masallı şəhər N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin məktəbin 1 -ci sinifinə daxil olmuşdur. Hal-Hazırda 9-cu sinifində oxuyur.
Əzizova Sevda Xəyal Qızı 2017 - ci ildən idmanın taekvondo növü ilə məşğul olmağa başlamışdır.İdmanla məşğul olduğu illərdə dəfələrlə öz yaşıdları arasında keçirilən taekvondo idman növü üzrə rayon , zona və respublika birincliklərinin qalibi olmuşdur.
Əzizova Sevda Ölkəmizdə və Ölkəmizdən kənarda keçirilən bir çox Azərbaycan və
Beynəlxalq yarışlarda da öz qüvvəsini sınayaraq yüksək nəticələr əldə etmişdir.
Əzizova Sevda Xəyal qızı
2017-ci ildə Qəbələ şəhərində yeniyetmə və gənclər arasında “Qəbələ Open”
Beynəlxalq turnirində 36-kq çəki dərəcəsində 3-cü yerə,
2018-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində yeniyetmə və gənclər
arasında “Rustavi Open” Beynəlxalq turnirində 37-kq çəki dərəcəsində 3-cü yerə,
Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yeniyetmə və gənclər
arasında Beynəlxalq yarışda 37-kq çəki dərəcəsində 1-ci yerə,
2019-cu ildə Gürcüstan Respublikasının Tiblisi şəhərində yeniyetmə və gənclər
arasında “Tiblisi Open” Beynəlxalq turnirində 37 kq çəki dərəcəsində 1-ci yerə ,
Göygöl rayonunda yeniyetmə və gənclər arasında “ Göygöl Açıq ” Beynəlxalq
birinciliyində 37-kq çəki dərəcəsində 2-ci yerə, Abşeron rayonunda yeniyetmə və
gənclər arasında “ Bakı Açıq “ birinciliyində 41-kq çəki dərəcəsində 1- ci yerə,
Tovuz rayonunda yeniyetmə və gənclər arasında “ Tovuz Açıq ” birinciliyində
44-kq çəki dərəcəsində 3-cü yerə, Gürcüstan Respublikasının Rustavi şəhərində
yeniyetmə və gənclər arasında “Rustavi Open” Beynəlxalq turnirində 41-kq çəki
dərəcəsində 2-ci yerə, Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının
Maxaçqala şəhərində yeniyetmə və gənclər arasında “Rusiya Açıq” Beynəlxalq
yarışda 44-kq çəki dərəcəsində 2-ci yerə, Gürcüstan Respublikasının Tiblisi şəhərində
yeniyetmə və gənclər arasında “Tiblisi Open” Beynəlxalq turnirində 44-kq çəki
dərəcəsində 1-ci yerə ,Bakı şəhərində yeniyetmə,gənclər və böyüklər arasında
Ölkə çempionatında 44-kq çəki dərəcəsində 1-ci yerə layiq görülmüşdür.
Əzizova Sevda Xəyal qızı hal- hazırda Masallı şəhər N.Nərimanov adına 2 saylı tam
orta məktəbin 9-cu sinifində təhsilini davam etdirməklə yanaşı Masallı rayon Gənclər və
İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin Taekvondo bölməsində
məşqçi-müəllim Sadiq Ağayevin tələbəsidir.
Oxunub: 400