"Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili" şöbəsinin Böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.






Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun 12 aprel 2021-ci il tarixli sərəncamı ilə, həmkəndlimiz, Vətən Müharibəsi iştirakçısı Aqil Ziyəddin oğlu Rəhimov Şamaxı RİH başçısı aparatının "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili" şöbəsinin Böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.
Qısa arayış: - Rəhimov Aqil Ziyəddin oğlu 26 oktyabr 1996-cı ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 
2002-2013-ci illərdə Tehran Kərimov adına Göylər kənd 2 saylı tam orta məkətdə təhsil alıb.
2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb.
2017-2018-ci illərdə Ağdamda yerləşən "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 
2018-ci ildə Dövlət Qulluğu imtahanlarında iştirak etmiş, imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçərək Şamaxı RİH başçısının Birinci Çaylı kənd İƏD-si üzrə nümayəndəliyinə "baş məsləhətçi-baş 
mühasib" vəzifəsinə təyin olunmuşdur. 
Evin tək uşağı və dövlət qulluqçusu olmasına baxmayaraq Vətən Müharibəsi başlayan gündən, daha doğrusu 29 sentyabrdan cəbhəyə yollanmış, cəbhənin Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir, 7 dekabr 2020-ci ildə ordu sıralarından təxris olunmuş və Birinci Çaylı kəndində işini davam etdirməyə başlamışdır. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun 12 aprel 2021-ci il tarixli sərəncamı ilə Şamaxı RİH başçısı aparatının "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili" şöbəsinin Böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. Mənbə Göylər və Göylərlilər.

Oxunub: 388
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az