Çingiz Qənizadə: "Hərbi Qənimətlər Parkı xalqımızın qürur mənbəyidir"





Müzəffər Ali Baş Komandan, Prezidenti İlham Əliyevin iştirakı ilə aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirən bir mesajdır, həm də, Ermənistana növbəti “Dəmir yumruq” xəbərdarlığıdır. 

Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və qüdrətli dövlətlərinin 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini dayandıra bilməməsi və ya buna bilərəkdən şərait yaratmaları beynəlxalq aləmdə baş alıb gedən ikili standartların nəticəsi idi. Ancaq dövlətimizin başçısının dediyi kimi, işğal əbədi ola bilməzdi. Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunması üçün bütün vasitələrdən istifadə edirdi. Dünyanın 50 ən güclü ordusu sırasında olan Silahlı Qüvvələrimiz işğal altında olan ərazilərimizi öz gücü ilə azad etmək iqtidarında idi. DEMOKRAT.AZ

Oxunub: 250
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az