Cəlilabad Rayon Təhsil Şöbəsinin müəyyən etdiyi qrafik əsasında rayonun Əççələr kənd ümumi orta məktəbinin IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib.
Aprelin 13-də Cəlilabad Rayon Təhsil Şöbəsinin müəyyən etdiyi qrafik əsasında rayonun Əççələr kənd ümumi orta məktəbinin IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib.
Epidemioloji vəziyyət nəzərə alınaraq pandemiya dövründəki qaydalara əməl etməklə keçirilən sınaq imtahanları IX sinifdə təhsil alan şagirdlərin buraxılış imtahanlarına hazırlığı məqsədilə keçirilir.İmtahanda Azərbaycan dili 20, riyaziyyat 20 və xarici dil fənnindən 15 sual olmaqla, ümumilikdə 55 sual şagirdlərə cavablandırılması üçün təqdim olunub.
Oxunub: 319