Fondun fəaliyyəti dövlətə ictimai etibari artırır.




Fondun  fəaliyyəti dövlətə ictimai etibari artırır.
            Bu gün  torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi,  onlara göstərilən diqqət və qayğının artırılması ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindən biridir. Dövlətimiz öz sosial siyasətinə sadiqdir. Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş oğullarımızın ailələrinə, eləcə də sağlamlığını itirmiş qazilərimizə qayğı ilə ilə yanaşmaq cəmiyyətimizin əsas vəzifələrindən biri olmalıdır.  Ölkə başçısının sərəncamı ilə yaradılan “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsini daim diqqətdə saxlayır və bundan sonra da saxlayacaq. Bu, eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformadır. Belə bir təsisatın yaradılması bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsinə xidmət edir. Fond ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvləri ilə sıx təmasdadır. Əsas fəaliyyət istiqamətləri şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasıdir. Eyni zamanda müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi də nəzərdə tutulur. Təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına da Fondun böyük dəstəyi mövcuddur.
          “YAŞAT” Fondu cəmiyyət və dövlət birliyinin təcəssümü olmaqla yanaşı böyük humanitar missiyanı özündə ehtiva edir. “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
          Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir.Bu müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib. Onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsini əhatə edib. Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fondun əsas məqsədi şəhid ailələrinə və müharibə zamanı əlilliyi müəyyən olunmuş hərbçilərimizin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verməkdir. Şəhid olduqdan sonra onların dünyaya gəlmiş övladlarının adlarına banklarda hesab nömrəsi açılmış və oraya 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Eyni zamanda onlarla yaralı hərbçilərimizin müalicələrinin davam etdirmələri üçün xarici dövlətlərə göndərilməsini təşkil etmişdilər. Qısa müddət ərzində bir çox şəhid və qazi ailələrinə maddi dəstək göstərilmişdir.Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur.
           Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad etdi. Tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Xalqımız tam əmindir ki, müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaq. Çünki müstəqil Azərbaycan dövlətinin başında İlham Əliyev kimi siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, Müzəffər Ali Baş komandan dayanır. Qobustan Heydər Əliyev Mərkəzi.

Oxunub: 225
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az