Hacıyeva Fatma Zakir qız





Hacıyeva Fatma Zakir qızı  05.02.2009-cu ildə Şirvan şəhərində anadan olub. Fatma  6 yaşında Xırdalan şəhərində yerləşən Budokan Karate məktəbinə Coşqun Sadiqovun rəhbərliyi ilə məşqlərə başlamışdır. Fatmanı ilk dəfə görən Coşqun müəllim Fatmanın aktiv uşaq olduğunu görüb atasına bunları demişdir ki;
- Siz qızınız Karate üçün yaradılıb, bu qız gələcəyin çempionudur".
Müəllimin sözündən sonra Fatmanın atası onu  karateyə  yazdırıb və oğlu Ömərə aldığı karate kimanosunu Fatmaya verib. Bir müddətdən sonra Fatma artıq Karate də ilk uğurun qazanaraq " Klublar arası"  çempionatda qızıl medal qazanıb. Fatma 7 aydan sonra " Budokan"  klubunun prezidenti 8 Dan Qara Kəmər sahibi, əfsanəvi  Fizuli Musayevin rəhbərliyi altında Karate üzrə keçirilən Sarı kəmər imtahanından uğurla keçib və Fizuli müəllim Fatmaya Sarı kəmər yox birbaşa narıncı kəmər verib.
2017-ci ildən Fizuli Musayevin tələbəsidir. Ölkəmiz də keçirilən " Baku Open"  beynəlxalq turnirinin, Bakı və Respublika yarışının qalibidir.

"Arpaçay Open"  beynəlxalq turnirinin qalibi, İranda keçirilən   2018-2019 cu il " Yay oyunlarının"  qalibidir. Türkiyədə keçirilən 2018-ci il " Qara dəniz və Xəzər yanı ölkələr arasında" çempionatının,  Gürcüstanda keçirilən "Qafqaz"  çempionatının,  Ukraniyada keçirilən 2019-cu ildə 10-11 yaş -35 kq çəki dərəcəsində 
" Dünya kubokunun" sahibəsidir. Hal-hazırda Fizuli Musayevin rəhbərliyi altında məşqlərinə davam etdirir. Karate üzrə Qəhvəyi kəmər 3 kyu sahibəsidir.

Oxunub: 473
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az