Səfərov Əli Eşqin oğlu
09.01.2009-cu il tarixində Rusiya Federasiyasının İvanov şəhərində anadan olub. Əli altı yaşında, Xırdalan şəhərində yerləşən Budokan Karate məktəbində məşqi-müəllim Coşqun Sadiqovun rəhbərliyi ilə məşqlərə başlamışdır. Əlinin ilk uğuru Xırdalan şəhərində Karate üzrə keçirilən klublar arası çempionatında olub. 2017-ci ildən Budokan klubunun prezidenti 8 Dan Qara Kəmər sahibi, əfsanəvi Fizuli Musayevin rəhbərliyi altında məşqlərə başlayıb. Əli Səfərov 2017-ci ildə İran İslam Respublikasında keçirilən yarışın çempion olub. Dəfələrlə Bakıda keçirilən "Baku Open" beynəlxalq turnirinin çempionudur. "Arpaçay Open" beynəlxalq turnirinin qalibi və Respublika çempionudur. 2019-cu ildə Gürcüstan da keçirilən " Qafqaz çempionatın" da 5 erməniyə qalib gələrək qızıl medal qazanmışdır. 2019-cu ildə Türkiyədə keçirilən " Qara dəniz ve Xəzər yanı ölkələr" arasında çempionatının qalibidir. 2019-cu ildə Ukraynada Odessa şəhərində keçirilən
" Dünya kubokun" da dünya kubokunun sahibidir. Karate üzrə Qəhvəyi kəmər 3 kyu sahibidir. Hal-hazırda Fizuli Musayevin rəhbərliyi altında məşqlərini davam etdirir. Xırdalan şəhəri 1 nömrəli orta məktəbin 5-ci sinfi şagirdidir.
Oxunub: 970