"Vaksin" sözü necə yaranıb?
XIV-XVIII əsrlərdə taun, çiçək və vəba epidemiyaları kütləvi insan tələfatına səbəb olmuşdu. Təkcə XIV əsrdə taun epidemiyasından 25 milyon insan ölmüşdü. Bəzi ölkələr bu qorxulu xəstəliklərin adının çəkilməsinə icazə vermir, vahiməli epidemiyaların adını çəkənlər cərimə edilirdi.
XVII əsrdə ingilis həkimi Edvard Cenner ilk dəfə olaraq insanları çiçək xəstəliyindən qorumaq məqsədi ilə onları inəyin təbii çiçək virusu ilə immunizə etmiş və onun 100% effektliyini göstərmişdir. Onun təcrübə üçün yoluxdurduği inəyin adı "Vakka" idi. İnəyin adına uyğun olaraq Cenner hazırladığı peyvəndə "Vaksin" adını verdi. "Vaksin" sözünün latınca, fransızca olduğu iddia olunsa da, əslində ingilis inəyinin adından götürülmüşdür. Beləliklə, ilk dəfə olaraq xəstəliyə qarşı peyvənd tapılmış və bu kəşf uğurla nəticələnmişdi. Dünyanın müxtəlif ölkələrindən həkim Cennerə təşəkkür məktubları gəlir, həmçinin ondan kömək istəyirdilər.
Bu termini elmə isə Lui Paster gətirmişdir. Lui Paster onun davamçısı olmuş və quduzluq əleyhinə vaksini kəşf etmişdir.
Leyla Faiqqızı,
filologiya elmləri üzrə fəlsəfə doktoru
Oxunub: 389