
Şamaxı rayon Heydər Əliyev Mərkəzinin və GKİM-in Şamaxı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev dövrünə ziyarət" layihəsi çərçivəsində növbəti tədbir keçirildi.
Tədbirin bu dəfəki mövzusu " Heydər Əliyev və Şamaxı" oldu.
Mərkəzin direktoru Könül Eyvazova gənclər qarşısındakı çıxışına Umummili liderin Şamaxı haqqında dediyi kəlamla başladı "Şamaxı Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzidir. O, Azərbaycanın ictimai fikir tarixində müstəsna rolu olan sənətkarlar yetişdirmişdir"
Umummilli lider respublikamızın bütün regionlarına hərtərəfli diqqət və qayğı göstərmiş, Azərbaycanı ürəkdən sevmişdir. Umumilikdə 14 dəfə Şamaxı rayonuna səfər edən dahi rəhbərin Azərbaycanın ən qədim bölgələrindən biri olan bu rayona olan sevgi və məhəbbəti isə xüsusi olmuşdur. O bu tarixi səfərləri zamanı, demək olar ki, Şamaxını bütünlüklə gəzmiş , onun insanları , problemləri və uğurları ilə yaxından tanış olmuşdur. Rayonun iqtisadiyyatının mədəniyyətinin inkişafında bu görüşlərin müstəsna əhəmiyyəti olmuşdur. Dahi rəhbərin şəxsi tapşırığı ilə hazırlanmış və qəbul edilmiş " Şamaxı rayonunun iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdirilməsi tədbirləri haqqında " keçmiş Azərbaycan KP MK-nın və respublika Nazirlər Sovetinin 1978-ci il 21 yanvar tarixli qərarından sonra Şamaxı şəhərinin , rayonun kənd və qəsəbələrinin siması başdan başa dəyişmiş , onun sosial-iqtisadi və mədəni durumu getdikcə möhkəmləndirilmişdir.
Daha sonra Mərkəzin bələdçisi Şəhla İsmayılova gənclərə Heydər Əliyevin Şamaxıya səfərlərini əks etdirən fotoşəkillər haqqında geniş məlumat vermişdir.
Oxunub: 354
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az