Potensialı olduğunu dərhal hiss etdim, onda gələcəyin çempionunu görürdüm.




Fizuli Musayev Gəncədə anadan olmuş, orada böyümüş və cavanlığı da elə orada keçmişdir. O, böyük idmana 20 yaşında gəlmişdir. İdmanla fərdi məşğul olmuşdur. Karate ilə məşğul olmuş və iki dəfə dünya çempionu adını qazanmışdır. Sonralar taekvondo ilə məşq etmiş və Şərq döyüş növlərindən taekvondo olimpiya idman növü olduğuna görə onu bir mütəxəssis kimi bura təyin ediblər. 2001-ci ildən Fizuli Musayev Azərbaycan Taekvondo Federasiyasının I Vitse Prezidenti vəzifəsini həyata keçirir.
Arxangelsk vilayətində hərbi qulluq etmişdir. Əsgərlikdən sonra vətənə qayıdanda Gəncədə karate ilə bağlı məktəb olmadığından Bakıya üz tutmuş, Lenin adına zavodda işə düzəlmiş, yataqxanada qalmışdır. İlk karate müəllimi Azad Kazımov olmuşdur. Azad Kazımov ona əvvəl cüdodan, sonra karatedən məşq keçmişdir. Orada yavaş-yavaş öyrənməyə başlamış və 6 aydan sonra Azərbaycan çempionu olmuşdur. Daha sonra dəfələlərə Azərbaycan çempionu 1990-ci illərdə isə SSRİ çempionu adına layiq görülmüşdür. O vaxtı karate yazılmadığından əlbəyaxa döyüş üzrə idman ustası adına layiq görülmüşdür. İlk böyük qələbəsi elə bu zaman olmuşdur. Daha sonra komanda olaraq Avropa çempionu, Yaponiyada dünya üçüncüsü, 1995-ci ildə Meksikada dünya çempionu olmuşdur. 1997-ci ildə Avstraliyada ikinci səfər dünya çempionu olmuşdur. O, 33 yaşı olanda ilk dəfə, 35 yaşında isə ikinci dəfə dünya çempionu olmuşdur.
1986-cı ildən 1997-ci ilə kimi, 20 ilə yaxın polis kimi çalışmışdır. Cinəyatkarlığa qarşı mübarizənin kiçik inspektorluğundan baş inspektorluğuna kimi qalxmışdır. Polis Akademiyasını bitirmiş və polisdə çalışdığı zaman karate onun çox dayağında olub.
Fizuli Musayev “Yoldaş Rövşanə” verlişində qonağ olarkən deyib:
-"Həyat yoldaşıma həmişə gül alıb verirəm. Hansı gülü sevdiyini bilirəm, elə o güldən də alıram. Sizə deyim ki, yaxşı yeməklər bişirə bilirəm. Mən bişirdiyimi hər qadın hazırlaya bilmir. Həmin yeməkləri xanımıma hədiyyə edirəm. Düşünürəm ki, mətbəxtdə istirahət edirəm. Yeməyə bütün sevgimi qoyuram. Qadınlar yemək bişirməyə iş, kişilər isə incəsənət kimi baxır".
  Fizuli Musayev həmçinin beşqat dünya çempionu, 13 qat Avropa çempionu olan məşhur tələbəsi Rafael Ağayev barəsində də söhbət açıb. “Rafaeli birinci dəfə mənim yanıma 8 yaşı olanda onun Sumqayıtdakı ilk məşqçisi gətirdi. Potensialı olduğunu dərhal hiss etdim, onda gələcəyin çempionunu görürdüm”, - deyə polkovnik bildirib. Onun sözlərinə görə, Sumqayıtdan hər gün məşqə gəlmək çətin olduğu üçün Rafaeli öz evinə aparıb.
Fizuli müəllimin Azərbaycan idmanında çoxşaxəli fəaliyyətindən, Azərbaycanın idman inkişafı və idmançıların milli ruhun gücləndirilməsi istiqamətində xüsusi xidmətləri vardır.
Alxas Məmmədov.  

Oxunub: 508
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az