Dəhşətli Ağdaban faciəsi.








Dəhşətli Ağdaban faciəsi — 1992-ci il aprel ayının 8-də — Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi. Erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır.

Oxunub: 350
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az