Şamaxı mətbəxi , Səbzi qovurma plovu.





Şamaxı mətbəxi , Səbzi qovurma plovu.
Şamaxı, Azərbaycan.
Qoyun əti (kürək hissəsi, döş əti) – 200 qr.,
Baş soğan – 1 baş,
Ərimiş yağ – 2 xörək qaşığı,
Keşniş və şüyüd – 2 dəst,
Turşəng – 1 dəst,
Göy soğan – 1 dəst,
Zəfəran – 4-5 tozcuq,
Abqora və limon şirəsi – 1 ç. qaşığı ,
Düyü – 1 stəkan,
Əridilmiş yağ – 1 ç. qaşığı
Darçın – 1/3 ç. qaşığı
Qoyun əti 25-35 q-lıq tikələrə doğranır, duz, istiot səpilir və qızardılır. Qızardılmış soğan, doğranmış göyərti – keşniş, şüyüd, turşəng, göy soğan, zəfəranın ½ hissəsi, abqora və ya limon turşusu, bir az bulyon əlavə edilir və hazır olunanadək vam odda bişirilir. Ayrıca düyüdən plov hazırlanır və üstündən qalan zəfəran tökülür.
Süfrəyə verərkən düyü qalaqla yığılır (üstündən zəfəranlı düyü qoyulur), yanında hazır səbzi- qovurma verilir, üstündən yağ tökülür və darçın səpilir.
Nuş Olsun

Oxunub: 705
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az