“Bayraktar TB2” PUA Ukraynanın şərqində ilk tapşırığını icra etdi.






 Ukraynanın şərqində ilk tapşırığını icra etdi.
Ukrayna Ordusuna aid “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı kritik bir tapşırığın icrasına imza atmışdır. PUA Şərqi Ukraynada ilk dəfə 9 aprel 2021-ci ildə istifadə edilmişdir.
Bu barədə Türkiyə Müdafiə sənayesi komitəsinin mətbuat xidməti məlumat verib.
Ukrayna Silahlı Qüvvələrinə məxsus “Bayraktar TB2” tipli silahlı PUA, 9 aprel 2021-ci il tarixində kritik bir vəzifəni icra etmişdir. Ukraynanın şərqində ilk missiyasını yerinə yetirən “Bayraktar TB2” PUA, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərində kəşfiyyat, müşahidə və aşkaretmə tapşırıqlarını icra etmişdir. Sözügedən fəaliyyətlər nəticəsində Ukraynanın Donetsk bölgəsindəki rusiyapərəst qüvvələrin istehkamlarının öyrənildiyi bildirilir.
Əməliyyatda “Bayraktar TB2” PUA-nı istifadə etməyə başlayan Ukrayna Silahlı Qüvvələri, PUA-nın uzaq mənzilli zəka qabiliyyəti (İMİNT) sayəsində bölgədəki Rusiya hava hücumundan müdafiə sistemlərinin, zirehli birliklərin və artilleriya batareyalarının yerlərini aşkar etməyə başlamışdır.
“Bayraktar TB-2” PUA-lar daha əvvəllər, 2020-ci ildə həyata keçirilmiş bəzi təlimlərə qatılmışdı. Bu təlimlərdə Ukrayna Ordusu “Bayraktar TB2” PUA-ların “Irma” yaylım atəşli reaktiv sistem və “Vilxa” idarə olunan raket batareyaları ilə qarşılıqlı fəaliyyəti sınanmışdı. Bundan əlavə, Dəniz Qüvvələri ilə bir sıra ortaq fəaliyyətlər də həyata keçirilmişdi.
Ukrayna Müdafiə Nazirliyi 2019-cu ildə Türkiyədən 6 ədəd “Bayraktar TB2” PUA, 3 ədəd yerüstü nəzarət stansiyalarını və lazerlə idarə olunan MAM-L mini ağıllı sursatları satın almışdı.
Bundan başqa, Ukrayna Müdafiə Nazirliyi bu il 2022-ci ildən etibarən təhvil verilməsi planlaşdırılan PUA-lar üçün 3 milyard qrivna və ya 108,5 milyon ABŞ dolları həcmində büdcə ayırmışdır. Bu büdcə ilə 25 ədəd PUA-nın alınması planlaşdırılır. Büdcənin böyük bir hissəsinin “Bayraktar TB2” PUA-ları üçün ayrıldığı vurğulanır.
Hal-hazırda Türkiyə ilə birlikdə, Qətərə, Ukraynaya və Azərbaycana ixrac edilən ümumi 160 ədəd “Bayraktar TB2” PUA vəzifələrini yerinə yetirir. “Bayraktar TB2” PUA-lar eyni zamanda ən çox “Roketsan” şirkətinin 4 ədəd Roketsan MAM-L ağıllı sursatı ilə işləyə bilir.

Oxunub: 364
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az