Qutab Azərbaycan mətbəxinin simvollarındandır.




Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim AzərbaycanTürkiyəQaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır.
  • Göyərti qutabı (qatıqla).
  • Yabanı göyərtidən qutab (qatıqla).
  • Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli).
  • Qarın qutabı (narlı və ya zirincli).
  • Balqabaq qutabı (narlı və ya zirincli).
  • Kartof qutabı (narlı və ya zirincli).
  • Corat qutabı
  • Toyuq qutabı (narlı və ya zirincli).
  • Ciyər qutabı (narlı və ya zirincli).
  • Qutab quzu əti ilə (narlı və ya zirincli).
  • Dəvə qutabı (narlı və ya zirincli)
  • Həvəskar qutabı (narlı və ya zirincli)
  • Balıq qutabı.                                                                                                                                               Göyərti qutabının resepti: Xəmir üçün 700q un , 1xör.qaşığı duru yağ, 1çay qaşığı duz, apardığı qədər ilıq su. İçi: 2 dəs. şomu, 2dəs. dağkeşnişi, 1dəs.kəvər, 1dəs. göy soğan, 1dəs. cəfəri, 1dəs. gicitkan, 1dəs.əməköməci,1dəs. nanə, 1dəs. keşniş, 1dəs şüyüd, 1dəs. turşəng,1dəs. unluca. Göyərtilərin çeşidini artıra bilərsiniz. 2 böyük baş soğan 150qram kərə yağı ilə qovrulur və göyərtinin üzərinə əlavə olunur və 2 aş qaşığı qatıq, zövqə görə duz, istiot. Nuş olsun. 

Oxunub: 861
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az