"Vətən yaxşıdır" və ya “Xudayar təsnifi”



Torpaqlarımıza azadlıq gətirənlərın sırasında onun da imzası var - Dövlət Sərhəd Xidmətinin giziri, 22 yaşında şəhidlik zirvəsinə ucalmış Xudayar Yusifzadə....
O, Bərdənin Qazıqurdalı kəndində doğulub. Dünyaya göz açdığı 24-cü gündə atası vəfat edib. Ona görə də nənəsinin himayəsində böyüyüb. Bərdə 1 saylı uşaq musiqi məktəbini xanəndəlik ixtisası üzrə bitirib. Xanəndə də ola bilərdi. Amma Vətən sevgisi daha ali olduğundan hərb sahəsini seçdi. Hərbi xidmətindən sonra kiçik gizir hərbi rütbəsi alaraq sərhədlərimizin keşiyində dayandı.
Xudayarın ən böyük arzusu Qarabağın incisi Şuşanı görmək olub. Elə 9 yaşında ifa etdiyi məşhur “Şuşanın dağları” mahnısını da orada oxumaq istəyirdi. Amma qismət olmadı... Oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. 
Mahnı ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu mahnının sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə mahnı bəstələyir. "Terek" sözünü "xəzər" ilə əvəz edir.


Orijinal mətni.

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir
xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman göründü.
Xəzər Dənizi tək
eşqimlə coşdum,
Xülyalar içində sanki bihuşdum,
Vətən arzusu ilə nəğmələr qoşdum,
Tufanlar gözümdə dastan göründü.
Könüllər cəlb edən
bu xoş mənzərə,
Şövqümü
artırdı şerə qəzələ,
Çatdıqca
vətənim, elim nəzərə,
Təbiət də mənə heyran göründü.
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar
vətən yaxşıdır,
Vahid sorma
vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan göründü.

Oxunub: 979
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az