Kiyevdə “Laçın” döş nişanı hazırlanmağa başlandı...





Kiyevdə “Laçın” döş nişanı hazırlanmağa başlandı...
Əsas məqsəd rayonun Laçın şəhəri ilə birgə tezliklə tam azad edilməsi və köçkün soydaşlarımızın o cənnət yurdlarına qayıdışının Azərbaycanın taleyindəki rolunu diqqətə çatdırmaqdır...
Ukraynanın paytaxtı Kiyev şəhərində “Laçın” döş nişanı hazırlanır. 
Moderator.az-a bu haqda layihənin təşəbbüskarı Ukraynadakı Azərbaycan diasporunun
tanınmış nümayəndələrindən olan ziyalı soydaşımız Eldar Tağıyev məlumat verib.
Kiçik həcmli olsa da, bu maraqlı və diqqətəlayiq layihə Laçınlı rəssam Yusif Mirzə,  eləcə də  Qəzənfər Huseyn, Vüqar Novruzov və Fərhad Məmmədovun dəstəyi ilə başa gələcək.
Eldar Tağıyevin sözlərinə görə, “Laçın” döş nişanının hazırlanmasının əsas məqsədlərindən biri də Laçın rayonunun hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Laçın şəhəri və digər kəndlərlə  birgə tezliklə azad edilməsi və köçkün soydaşlarımızın o cənnət yurdlarına qayıdışının Qarabağın və bütövlükdə Azərbaycanın taleyindəki rolunu ölkədəki və xaricdəki həmyerlilərimizin diqqətinə çatdırmaqdır.
“Hələlik 100 döş nişanı  sifariş vermişik. Əgər gələcəkdə istək, tələbat olarsa, daha çox “Laçın” döş nişanı hazırlayacağıq” –deyə həmyerlimiz əlavə edib.
Sultan Laçın

Oxunub: 397
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az